“Ağ qayıq”
tamaşasının nümayişi
Şuşanın işğalının ildönümünə
həsr edilib
Mayın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin ifasında “Ağ qayıq” tamaşası təqdim olunub. Tamaşanın nümayişi Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümünə həsr edilib.
Elnurə Abdullayevanın müəllifi olduğu pyesin süjeti real hadisələr üzərində qurulub. Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.
Səhnə əsərinin
quruluşçu rejissoru
Samir Qulamov, quruluşçu rəssamı Mahir
Cananov, musiqi tərtibatçısı
Aygün Zeynalovadır. Rolları əməkdar
artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar
Dürdanə Dünyamalıyeva, Gündüz
Qasımov, Vüsalə Məmmədova və başqaları
oynayıblar.
Mədəniyyət.- 2017.- 9 may.-
S.2.