“Müasir Azərbaycan
dövlətinin memarı”
Mayın 8-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdindəki Bakı Turizm Peşə Məktəbində “Heydər Əliyev Azərbaycan Respublikasının memarıdır” mövzusunda tədbir keçirilib.
ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov ümummilli liderin ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, ümummilli liderin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq olub. Müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev həmişə Azərbaycanı özünə güvənən, qüdrətli bir ölkəyə çevirmək istəyib.
Digər
çıxış edənlər ümummilli
lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında xidmətlərindən, dövlətçiliyin
qorunub saxlanması istiqamətində gördüyü işlərdən
danışıblar.
Mədəniyyət.- 2017.- 9 may.-
S.2.