Mədəniyyət və incəsənətimiz
azərbaycançılıq ideologiyasının
işığında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.
“Böyük siyasətçi və dövlət xadimi” mövzusunda məruzə ilə çıxış edən professor İradə Hüseynova ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, müasir müstəqil Azərbaycanın inkişafında və möhkəmləndirilməsində rolundan bəhs edib.
ADMİU-nun
Kitabşünaslıq və kitabxanaçılıq
kafedrasının müdiri, professor Aqşin Babayevin “Fenomenal şəxsiyyət”,
elm və yaradıcılıq üzrə
prorektor, professor Məryəm
Əlizadənin “Heydər Əliyev və teatr
sənəti” və professor Nizaməddin
Şəmsizadənin “Mədəniyyət dövlətçilik
konsepsiyasının əsası kimi”
mövzularında məruzələri dinlənilib.
Mədəniyyət.- 2017.- 9 may.-
S.7.