“Bura Azərbaycan”
müsabiqəsinin sərgisi
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bura Azərbaycan” adlı müsabiqə başa çatıb. Layihə turizm sektorunun inkişafında təsviri sənətin rolunu artırmaq, şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə təmin etmək məqsədi daşıyır.
Mayın 12-də Xətai Sənət Mərkəzində müsabiqənin yekun sərgisi açılacaq və qaliblər elan olunacaq.
Müsabiqəyə təqdim olunmuş əsərlər xalqımızın mədəniyyətini, adət-ənənəsini, həyat tərzini, təbiət mənzərələrini, tarixi abidələrini, milli mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhrəmanlarının obrazlarını özündə əks etdirməklə ölkəmizin təbliğinə xidmət edir.
Sərgi-müsabiqəyə
200-dən çox rəssam 400-dək əl
işi təqdim edib. On gün davam
edəcək sərgidə 65 rəssamın 100-ə qədər
əsəri nümayiş olunacaq.
Mədəniyyət.- 2017.- 9 may.-
S.9.