25 ilin Şuşa həsrəti

 

 

 

   Mayın 5-də Bakıdakı Şuşa şəhər 1 nömrəli orta məktəbində Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 25 illiyi ilə əlaqədar “Həsrət” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbir “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai BirliyiŞuşa Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

   İctimai birliyin sədri və rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 1992-ci il mayın 8-də Şuşanın işğal olunmasından bəhs edib, həsrətlə keçən bu illərdə şuşalıların doğma yurda dönmək ümidinin bir an da olsa azalmadığını diqqətə çatdırıb.

   Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiyada Xurşudbanu Natəvan, Molla Pənah Vaqif, Zəlimxan Yaqub və digər şairlərin şeirləri və Abdulla QurbanininYaz gələcək Şuşaya” poemasından parçalar səsləndirilib. Xan Şuşinskinin ifa etdiyi muğamlardan, Cahangir Cahangirov, Şəfiqə AxundovaRauf Məmmədovun mahnılarından ibarət videoyazılar nümayiş olunub.

   Tədbirin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi rəhbəri Əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmovdur.

 

Mədəniyyət.- 2017.- 9 may.- S.14.