Bakıda ilk Şopinq festivalı başa çatıb
Festival artıq
bir brendə çevrilib və ənənə halını
alması üçün
önəmli addım
atılıb
Azərbaycan paytaxtında ilk dəfə
təşkil edilən
Şopinq festivalına
yekun vurulub.
Festivalın Təşkilat Komitəsindən
bildirilib ki, aprelin 10-dan mayın 10-dək
keçirilən I Bakı
Şopinq Festivalı gözlənildiyindən də
uğurlu alınıb.
Festivalın təşkilatçısı - Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosunun
peşəkar kollektivinin
müvafiq dövlət
orqanları, özəl
sektor və könüllülərlə birgə
əməkdaşlıq şəraitində
həyata keçirdiyi
layihə ölkəmizdə
və beynəlxalq aləmdə maraqla qarşılanıb.
Layihə barədə danışan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakıya gələn turistlərlə yanaşı,
yerli vətəndaşların
da festivalda fəal iştirakını
yüksək qiymətləndirib.
Yerli və xarici mütəxəssislərin rəyinə
görə, bu təşəbbüs regionda
bu sahədə liderlik üçün çox ciddi addımdır. Dünya təcrübəsində
ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib.
Qeyd edək ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən
alıcılar üçün
bir çox güzəşt və kampaniyalar tətbiq edilib, həmçinin mağazalar 30 faizdən 70
faizədək endirimlər
edib. ƏDV-nin qaytarılması (“Tax
Free”) sistemi bütün
alıcılar tərəfindən
razılıqla qarşılanıb.
Qeyd edək ki, xarici
vətəndaşlar üçün
“Tax Free” sistemi 300 manatdan
yuxarı alış-verişə
şamil edilirdisə,
Şopinq festival zamanı
məbləğ 100 manatadək
endirilib. Digər tərəfdən, xarici turistlər “Tax Free” məbləğini həmişəki
kimi hava limanında deyil, bilavasitə şəhərdə
geri ala biliblər.
Festival dövründə demək
olar ki, hər gün ticarət mərkəzlərində,
Bakıya gələn
turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə
müxtəlif əyləncə
proqramları təşkil
edilib. Bakı Şopinq Festivalına
qatılan fəxri qonaqlar - məşhur italiyalı səyyah və dicey Canluka Vakki, rusiyalı müğənni Vera Brejneva,
eləcə də digər tanınmış
incəsənət ustalarının
çıxışları maraqla qarşılanıb.
Şopping festivalı çərçivəsində
Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin tabeliyində
olan uşaq musiqi və incəsənət məktəbləri
bir-birindən maraqlı
konsert proqramları ilə çıxış
ediblər. Təqdim
edilən proqramlarda nağaraçalanlar, “Köhnə
Bakı”, “Aysel”, “Səma” rəqs ansamblları, eləcə
də Bakı Uşaq Teatrı tərəfindən nümayiş
olunan musiqi çələngləri, tamaşalar
turist və şəhər sakinləri
tərəfindən maraqla
qarşılanıb. Əyləncəli
şou proqramlar həftənin bütün
günlərində, “Park Bulvar”,
“28 Mall”, “Gənclik Mall” və
İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunub.
Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də
xarici KİV-lərin də diqqət mərkəzində
olub. Əminliklə demək olar ki, Bakı Şopinq Festivalı artıq bir
brendə çevrilib və gələcəkdə
ənənə halını alması üçün
önəmli addım atılıb. Qeyd
edək ki, paytaxtımızda növbəti
Şopinq festivalının payızda
keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət.- 2017.- 12 may.-
S.3.