Gənclərin oksigenlə bol poeziya havası
Artıq bir neçə
aydır Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan "Söz" ədəbi layihəsinin hər poeziya gecəsini söz-sənət həvəskarları
maraqla gözləyir.
Çünki gözləntilər də özünü doğruldur.
Mayın 10-da layihənin növbəti
toplantısı Yuğ
Dövlət Teatrı
ilə birlikdə gerçəkləşdi. Mənəvi
zövqü, düşüncə
tərzi standart çərçivələrə sığmayan yaradıcı
insanların, xüsusən
də gənclərin
çox sevdiyi bu sənət ocağında keçirilən
şeir məclisi
"O2", yəni "Oksigen"
adlanırdı.
Şeir havasına yığışanlar
bu dəfə istedadlı gənc şairləri dinləmək
imkanı qazandılar.
Layihə rəhbəri Nigar
Həsənzadə giriş
sözü söyləyərək,
hər kəsi salamladı və məclisi idarə etmək ixtiyarını Yuğ Teatrının aktrisası, Əməkdar
artist Yaqut Paşazadəyə
həvalə etdi.
Aktrisa isə öz
şeirlərini oxuyacaq
gənclərin hər
birini özünəməxsus
tərzdə, onların
xarakterini səciyyələndirən
ifadələrlə səhnəyə
dəvət etdi.
Şəhriyar del Gerani,
Könül Arif, Fərid Hüseyn, Qismət Rüstəmov, Aysel Fikrət, Feziyyə Soltanmurad, Günel Şamilqızı,
Zaur Rəxşan, Mehman Rəsulov, Saleh Səbat və digərləri bir-bir öz şeirlərini oxudular.
Gənclərin
şeirlərinə hakim olan
lirik ovqat, sentimental ruh məclis əhlini də bu ovqata kökləmişdi
ki... Yaqut xanım məclisə
qonaq olaraq gəlmiş balaca bir şeir həvəskarını
- 11 yaşlı Əsgər
Novruzovu səhnəyə
dəvət etdi.
Balaca şair mikrofonu əlinə alan kimi
"mən bu məclisin ovqatını dəyişmək istəyirəm"
dedikdə salondakı
hal əhli bu iddiaya xəfif
gülüşlə münasibət
bildirsə də, Əsgər "Azərbaycan
ordusu" adlı şeirini söyləməklə
hər kəsin ovqatını az da olsa, dəyişdi.
Çıxış edən, bir-birinin
ardınca öz şeirlərini söyləyən
gəncləri dinləmək
kifayət idi ki, çağdaş poeziyamızın havasına
bələd olasan.
Sentimentallıq, şeriyyətin daha dərin fəlsəfi qatına canatma çox olsa da, məcazi
dildə desək, havası saf, oksigeni boldur.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 12 may.- S.6.