İpəkçilik Hatay
və Şəki şəhərlərini
qardaşlaşdırır
Türkiyənin Hatay şəhərində ipəkçilik və turizm mövzusuna həsr olunan konfrans keçirilib. Konfransda “Türkiyə və dünya ipəyi”, “Hatay ipəkçiliyinin əhəmiyyəti” mövzusunda açıq panellər təşkil edilib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman, Bursa Baramaçılıq Birliyinin sədri Aysel Akbaba, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı Hakan Öztürk və ipəkçilik üzrə alimlərin çıxışları dinlənilib.
İkinci paneldə çıxış edən Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Hatay və Şəki şəhərlərinin coğrafi bənzərliyi, o cümlədən ipəkçilik sahəsində zəngin təcrübə mübadiləsi imkanlarından bəhs edib, ölkəmizdə baramaçılıq və ipəkçiliyin inkişafına xüsusi diqqət verildiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan milli ipək yaylığı - kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.
Türkiyə
tərəfinin Hatay və Şəki
şəhərlərinin qardaşlaşması, o cümlədən iki
bölgə arasında turizm və ipəkçiliyə
dair əlaqələrin qurulmasına dair təklifləri iştirakçılar tərəfindən
yüksək qiymətləndirilib.
Mədəniyyət.- 2017.- 12 may.- S.12.