Romada Azərbaycanın müasir memarlıq abidələrindən bəhs
edən sərgi
Mayın 11-12-də Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” qeyri-hökumət təşkilatı tərəfindən “Gələcəyin şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.
Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələri ilə bağlı sərgi təşkil edilib.
Tədbirdə ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, ənənələri, ölkəmizdə həyata keçirilən önəmli memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması haqqında məlumat verib.
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin müəllimi, memar
Fərid Əliyev Bakının müasir
memarlıq nümunələri haqqında təqdimatla
çıxış edib. O, tədbir
iştirakçılarını “Bakı Ağ
Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionunun
inşası layihələrinin konsepsiyası, texniki
tərəfləri barədə ətraflı məlumatlandırıb.
Mədəniyyət.- 2017.- 17 may.-
S.12.