Tərcümə Mərkəzində alman nəşriyyatının direktoru
ilə görüş
“Müasir Azərbaycan ədəbiyyatı
antologiyası” alman dilində nəşr olunacaq
Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzin direktoru Afaq Məsud Azərbaycanda alman ədəbiyyatına maraqdan bəhs edib, müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılması qonağın diqqətinə çatdırılıb.
Görüşdə
daha sonra iki ölkə ədəbiyyatı arasında əlaqələr
və Azərbaycan ədəbiyyatının Almaniyada
tanıdılması istiqamətində böyük
əhəmiyyət kəsb edəcək “Müasir
Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, eləcə də
kitabın Frankfurt Beynəlxalq kitab sərgisində təqdimatı, Almaniya və Avstriyanın aparıcı
kitabxanalarına paylanmasına dair fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2017.- 17 may.-
S.15.