Bölgələrdə turizmlə
bağlı təlimlər
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bölgədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirir. Bərdə Turizm İnformasiya Mərkəzi ilə birlikdə Yevlaxda keçirilən növbəti təlimdə turizm imkanlarının tanıdılması və bölgəyə daha çox turist cəlb olunması ilə bağlı müzakirələr aparılıb.
Bərdə Turizm İnformasiya Mərkəzinin
direktoru Hikmət Heydərov son illərdə bölgələrə səfər
edən turistlərin sayının artdığını bildirib. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi
Səbuhi Qasımov bölgənin turizm
imkanları kimi tarixi
abidələrin, müalicəvi əhəmiyyətli termal su mənbələrinin,
həmçinin ovçuluq turizmi olan balıq ovunun əhəmiyyətini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2017.- 19 may.-
S.4.