Norveçli musiqişünasların
Bakı Musiqi Akademiyasında ustad dərsləri
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Norveçin “Oslo kammerakademi” ansamblı solistlərinin qaboy, fleyta, faqot, klarnet, kontrabas və valtorna ixtisasları üzrə ustad dərsləri təşkil olunub.
BMA-dan bildirilib ki, ustad dərslərində akademiyanın müəllim və tələbə heyəti ilə yanaşı, Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdləri də iştirak edib.
Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen ustad dərslərindən əvvəl BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli ilə görüşərək təşkilati və yaradıcı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
İki gün
davam edən ustad dərslərinə
Oslo kamera
ansamblının BMA-nın böyük
zalında Azərbaycan ilə Norveç
arasında diplomatik əlaqələrin
qurulmasının 25 illiyinə və Norveçin
Konstitusiya gününə həsr olunmuş konsert
proqramı ilə yekun vurulub.
Mədəniyyət.- 2017.- 19 may.-
S.5.