Can ədəb-irfan təbibimiz

 

 

 

   Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidirdemiş Abbas Səhhət

  

   Diqqətinizə çatdırmağa çalışacağım bu istedadlı ədib təbibimiz - qəbri hələ bəlli olmayan, qədri isə ədəbi ictimaiyyət tərəfindən xeyli sonralar bilinməyə başlanan Abbas Səhhət haqda söhbətimə onun millilik faktlarıyla dolu ömrünün axır çağlarında erməni daşnakları qarşısıyca Şamaxıdan Gəncə tərəfə qaçış faktından başlayıram.

   Təsəvvür edin; özünün bütün ölkə, millətinin dünya ilə bir adı olan, ağrılardan üzülən xəstələrinəbərk dur, dözümlü oldeyən, şagirdlərinəsiz qəhrəmanlar övladısız!” hayqıran şan-şöhrətli, abır-ismətli, ağır bir kişi düz-əməlli milli-etnik-demoqrafik əsli-kökü olmayanların qarşısı ilə... qaçır!..

  

   Əlbəttə...

  

   Vətəni sevməyən insan olmaz,

   Olsa da, ol şəxsdə vicdan olmaz!” -

   demiş bir ədibi bu millətin düşmənləri mütləq qovmalı idi...

   Çünki o düşmənlər bu gözəl şair, müəllim dövrünün maraqlı dramaturqunun ümumxalq sevimlisi olduğunu, tarixən avamlıqda saxlanılmağa çalışdıqları buməzlum toplum”un mədəni-mənəvi oyanışı üçün dünya ədəbiyyatı seçmələrini yorulmaq bilmədən dilimizə çevirdiyini elə bu xalqın yarıdan çoxundan yaxşı bilirdi. Səhhəttəxəllüsü ilə yazıb-yaratmış Abbas Ələkbər oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Uşaqlıqda demək olar ətrafındakıların heç birinin diqqətini cəlb etməyən Abbas ilk gəncliyində düşüncə qabiliyyətlərilə bütün Şamaxını heyran edir. Atasının tez-tezmökəm zökəmolan qonşu qarının da arzularına müqabil olaraq, “doxdurluq dalısıycagetdiyi Məşhəd Tehran şəhərlərində təhsildə ikən söz loğmanlığına da aşiq vaqif olur. Bu vaqiflik elə Şamaxıya dönən kimi (1901) üzə çıxır beləliklə, ətraf ərazilərdəməşhur təbibadı çıxarmış Abbasa həkimlikdən yalnızSəhhəttəxəllüsüyadigarqalır.

   Adi məktəblərdə sonralarRealnı məktəb”də Azərbaycan dilindən dərs deyən Abbasın dərslərinin alt qatı milli ədəbiyyat, klassik poeziya, məhəllə-məclislərdəki söhbətlərinin nüvəsi böyük sənət mədəniyyət ab-havası ilə keçir az keçmiş özü qaynar ədəbi fəaliyyətə başlayır. 1903-cü ildənŞərqi-Rusqəzetində maraqlı məqalələrlə çıxış edir. Getdikcə yazılarının sayı həcmi ilə bərabər, məna-mahiyyətləri böyüyür; artıq o, “Yeni poeziya necə olmalıdır?” kimi ədəbi-tənqidi mövzularda, “Poetik nitqxüsuslu göstərilərdə gəzişməyə başlayır, “Azadlığa mədhiyyə”, “Oyanışın səsikimi şeirlərilə ictimai-siyasi, milli-mənəvi mayakları hədəfləyir.

   Dövrün ən vacib problemlərindən olanYeni üslublu məktəblərideyasının yorulmaz müdafiəçilərindən olan A.Səhhət, bir çox ümummilli sahələrlə bahəm, bu işin fədakarına - Əli bəy Hüseynzadəyə sidq-ürəkdən köməkliklərdə bulunur, bir müddət sonra, Azərbaycan romantizm ədəbi cərəyanına dair gözəl nümunələrləFüyuzat”da çıxışlar edir.

   Müasirləri yazırdılar ki, A.Səhhətin imzasını görmək istəyənlər hansısa bir qəzet-jurnal axtarmasın, istənilən nəşri götürüb baxsın. Bəli, A.Səhhətin o dövr Bakısında nəşr olunan bütün qəzet jurnallarda mütəmadi çıxış etməsi bir faktdır. Tərcüməçiliklə məşğul olan ədib o dövr Azərbaycan oxucusunu Lermontov, Puşkin, Krılov, Maksim Qorki b. rus yazıçıları, habelə fransız (Hüqo, Müsse, Sülli-Prüdom), alman başqa xalqların şair yazıçılarının əsərləri ilə tanış edirdi.

   Ötən əsrin ikinci onilliyindən başlayaraq öz şeirlərindən ibarətSınıq sazadlı sanballı bir kitab çap etdirir, ardınca Avropa şairlərindən tərcümə etdiyiQərb günəşişeirlər toplusu işıq üzü görür. Bir qədər sonraƏhmədin şücaətiŞair, şeir pərisi şəhərliadlı poemaları nəşr olunur. Ədibin Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etməsi, İslam dəyərlərindən imtinaya qarşı çıxışları, əsərlərindəümummüsəlman qərbçiliyiideyasını dəstəkləməsi tədqiqatçıların vurğuladıqları nüanslardandır.

   İlk gəncliyindən son nəfəsinədək yazıb-yaratsa da, barmaq sayı kitablar (“Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”, “Kasıblıq eyib deyil”, “Qərb günəşi”, “Neft fontanı s.) çap etdirmiş bu ədib -

  

   Öz şeirlərində nələr söyləmiş?

  

   Öncə belə bir nüansı qeyd etməli ki, bu şair şeirlərindəkibədii uşaq”larla da onların doğma valideynləri kimi danışıb-davranır. Bunun təsdiqi üçün onun ikicə nümunəsi (“Ana oğul”, “Ata oğul”) bəs edər:

  

   Hər sabah gün ki, saçar aləmə nur,

   Danədən ötrü uçar cümlə tüyur,

   Ayıl, oğlum, bu qədər eyləmə xab,

   Dur götür qoltuğuna indi kitab,

   Məktəbin vaxtı keçir, eylə şitab,

   Yatma bu payədə rahət, a çocuq!

   Etmə tənbəlliyi adət, a çocuq!

  

   Ay dədə, dur get mənə çox şeylər al,

   Bir dənə çanta, bir-iki dəftər al!

   Mən dayım oğluyla gəlirdim bayaq,

   Gördüm o məktəbdə oxur çox uşaq.

   Dərsləri yetdikdə, dədə, axirə,

   Oxudular elliyi birdən-birə.

   Çöldə müəllim məni dinlədi,

   Sonra nəvazişlə belə söylədi:

   - De səni göndərsin atan məktəbə,

   Elm oxuyub ta yetəsən mətləbə.

   Bu şairin şeirlərində əxlaqi baxışla sosial baxış qəribə bir paralellikdədir bunun özü onun maarifçilik baxışlarından qaynaqlandığına bir işarətdir. Məsələn;

  

   Sən mükafatını insanlığa xidmətdə ara,

   Əbədi zövqü, təsəllini həqiqətdə ara.

   

   Yaxud, “Müsəlman ürəfasışeirində şair milli özgürlüklərə xor baxangahgir”ləri oxucularına aşağıdakı sayaq təqdim edir:

  

   Yeri düşsə əgər müsəlmandır,

   Vaxt olur ya İvan, ya da Vartandır,

   Düzü, o bundan, ondandır,

   Yeni bir şey - əcaib insandır...

  

   Yüksək milli əxlaq mədəniyyət daşıyıcısı olan bu şair xalqının inkişaf-intibah nəfi naminə bəzən sərt ifadələrdən çəkinməyib:

  

   Tutalım çox ağıllı tacirsən,

   İş aparmaqda xeyli mahirsən,

   İqtidarın, malın, pulun çoxdur,

   Xalqa ondan vəli, kömək yoxdur.

   Sandığında var isə milyonlar,

   Nəf görmürsə gər müsəlmanlar -

   Tfu sənin mülkü malü-dövlətinə,

   Həm sənə, həm də şənü şöhrətinə!

  

   Bəzən də büsbütün Sabirsayağılıq edib “Gəl gedəlim duxana, piyan olub qalalım,

   Qeyrət ilə namusu satıb içki alalım” deyən şair öz müdrik ağsaqqallığından da qalmır:

  

   Xalq ilə hər kəs necə rəftar edər,

   Haqq onu ol dərdə giriftar edər.

   Yaxşılığa yaxşıcəzalaralar,

   Pisliyə həm dürlü əzalar alar...

  

   Bu gözəl şairin özü xalqı ilə rəftarının bəhrəsini görmədə; ogünlərdən bugünlərə bapbalaca bağça uşaqlarımızın, şagird tələbələrimizin tədbirlərdə, ustad xanəndələrimizin ulu muğamlarda oxuduqları gözəl-gözəl şeirlərini deyirəm...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.-19 may.- S.13.