Krakovda Azərbaycanın milli-mədəni
irsi haqqında məruzə təqdim edilib
Azərbaycanın Polşadakı səfirliyinin, Krakov şəhər meriyasının, Yaqellon Universitetinin hüquq və administrasiya, həmçinin idarəetmə və turizm fakültələrinin himayədarlığı ilə “Tarixi abidələrin hüquqi baxımdan qorunma formaları” adlı III elmi konfrans təşkil edilib. Bu barədə Azərbaycan səfirliyindən məlumat verilib.
Konfransda səfir Həsən Həsənov “Azərbaycanın milli-mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatı haqqında dinləyicilərə fotolardan ibarət elektron təqdimat da nümayiş olunub. Səfir, eyni zamanda Qarabağ regionunun Azərbaycanın milli-mədəni irsində tutduğu xüsusi yeri vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.
Konfransda, həmçinin Yaqellon Universitetinin magistri Vitold Qurnı “İdman-irs-turizm. 2010-2017-ci illərdə Azərbaycan
Respublikasının təbliğat
istiqamətində fəaliyyətinin
təhlili” mövzusunda
çıxış edib.
O, Azərbaycanda milli və mədəni dəyərlərdən istifadə
olunmaqla ölkənin
təbliğatının düzgün
aparıldığını vurğulayıb. Azərbaycanda təşkil olunan
dünya miqyaslı idman yarışlarının
həm turizmin inkişafında, həm də əcnəbilərin
ölkəmiz ilə yaxından tanışlığında
mühüm rol oynadığını xüsusi
qeyd edib.
Mədəniyyət.- 2017.-19 may.-
S.14.