Səməd Vurğun repressiya illərində
Şairin ev-muzeyində konfrans
keçirilib
Mayın 17-də Səməd Vurğunun ev-muzeyində Beynəlxalq muzeylər günü münasibətilə konfrans keçirilib. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən 18 may - Beynəlxalq muzeylər günü ilə bağlı “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. İCOM Azərbaycan Milli Komitəsi ölkə muzeyləri üçün “1920-1950-ci illərdə repressiyalar” adlı vahid mövzu seçib. Şairin ev-muzeyində təşkil edilən konfransın “Səməd Vurğun repressiya illərində” adlanması da bu zərurətdən yaranıb.
Tədbiri ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova açaraq əlamətdar günə həsr edilmiş konfransın mövzusunun zamanın tələbindən doğulduğunu söyləyib. Bildirib ki, o qanlı-qadalı illəri yaşamayan, əslində o dövrün mahiyyətini belə dərk etməyən insanların bəzən dövrün şəxsiyyətləri ilə bağlı yersiz ittihamlar, böhtanlarla məşğul olmasından bütövlükdə cəmiyyət əziyyət çəkir.
Konfransda böyük şairin yaradıcılığı müasir ədəbi-ictimai reallıqlar kontekstində araşdırılıb, Səməd Vurğunun dili, dramaturgiyası, əsərlərinin qəhrəmanları, şairin yaradıcılığının Azərbaycan teatrının, ədəbi fikrinin, leksikonunun inkişafına təsiri və digər istiqamətlərdə məruzələr dinlənilib.
Vurğunşünas
alim, filologiya üzrə
fəlsəfə doktoru Aslan
Salmansoy, professorlar Tofiq Məlikli, Rüstəm Kamal
və Əlizadə Əsgərlinin
çıxışları maraqla
qarşılanıb. Məruzələr ətrafında
müzakirələr aparılıb. Müzakirələrdə
alimlər İsmayıl Umudlu, Məti Osmanoğlu, İradə Musayeva
şairin
yaradıcılığının daha geniş aspektdən araşdırılmasının
vacibliyini söyləyiblər. “Azərbaycan”
jurnalının baş redaktoru
İntiqam Qasımzadə, şairlər
Zaməddin Ziyadoğlu, Zərəngiz
Qayalı və başqaları ölməz şairin
yaradıcılığına diqqətlə
yanaşılmasının vacibliyini
vurğulayıblar.
Mədəniyyət.- 2017.-19 may.-
S.15.