Çimərlik turizminin
inkişafı ilə bağlı müzakirələr
aparılıb
Məlum olduğu kimi, Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrup fəaliyyət göstərir.
İşçi qrup üzvlərinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə çimərliklərdəki mövcud problemlərin aradan qaldırılması istiqamətində uzun və qısamüddətli planların tətbiqi və yaradılması planlaşdırılan özəl və ictimai çimərliklərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Tədbirlər
planının icrası çərçivəsində
özəl və ictimai çimərliklərin
yaradılmasında şəhər İcra
Hakimiyyətinin nümayəndələri və bələdiyyələrin
köməkliyinin vacibliyi
vurğulanıb. İlkin addımlar olaraq yeni təsdiq edilmiş çimərlik standartlarına uyğun pilot layihələr
kimi mövcud özəl
çimərliyin bərpası və ictimai
çimərliyin yaradılması təklif olunub.
Mədəniyyət.- 2017.- 24 may.-
S.2.