Mədəniyyət və turizm
naziri gənc kinematoqrafçılarla görüşüb
Görüş iştirakçıları
layihələri və yaradıcılıq planları
haqqında nazirə məlumat veriblər
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Gənc sinemaçılar klubu”nun üzvləri ilə görüşüb.
Nazir yeni yaradılan klub üzvlərinin fikirlərini dinləyib, Azərbaycan kinosunun mövcud vəziyyəti, perspektivləri ilə bağlı mülahizələrini bölüşüb, bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb. Gənc kinematoqrafçılar nazirə layihələri və yaradıcılıq planları haqqında məlumat veriblər.
Qeyd
edək ki, “Gənc sinemaçılar klubu” kinorejissor, Əməkdar
incəsənət xadimi Elçin
Musaoğlunun təşəbbüsü
ilə təsis edilib. “Azərbaycanfilm”
kinostudiyasından bildirilib ki,
klubun üzvləri Azərbaycanda və
xaricdə profil üzrə təhsil
almış iddialı gənc kinematoqrafçılardır.
Mədəniyyət.- 2017.- 24 may.-
S.4.