Ölkəmiz Astanada
beynəlxalq forumda təmsil olunacaq
Mayın 25-dən 27-dək Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq forumu keçiriləcək.
Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulub. Mərkəzin direktoru Asif Usubəliyev bununla bağlı Astana şəhərinə səfər edəcək.
Mərkəzdən bildirilib ki, əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpkili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda mədəni irs nümunələrinin təbliği istiqamətində layihələrin icrasını planlaşdırır.
Beynəlxalq
Türk Akademiyasının təşəbbüsü
ilə təşkil olunan ənənəvi
forumun əsas strateji
hədəfi türkdilli ölkələrin
alim və ziyalılarının
potensialını cəlb etməklə, bu
ölkələrin humanitar inteqrasiyasını
və birgə layihələrin icrasını təmin etməkdir.
A.Usubəliyev tədbirdə “Türkdilli
ölkələrin mədəniyyət siyasətinin prioritetləri”
mövzusunda məruzə ilə
çıxış edəcək.
Mədəniyyət.- 2017.- 24 may.-
S.6.