Regional idarənin
rayon nümayəndələrinin zona müşavirəsi
Sumqayıt
Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron,
Xızı, Zəngilan,
Qubadlı və Şuşa rayon nümayəndələrinin zona
müşavirəsi keçirilib.
Abşeron rayon Xırdalan
şəhər Heydər
Əliyev Mərkəzində
keçirilən müşavirəni
idarənin rəisi Mehman Şükürov açaraq görülən
işlər haqqında
danışıb, Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları
ilə birlikdə Belarusun Mogilyov şəhərinə səfərlə
bağlı təəssüratlarını
bölüşüb.
Daha sonra idarə
rəisi kadr islahatı, musiqi məktəblərində təhsilin,
kitabxana sistemlərində
xidmət səviyyəsinin
artırılması, beynəlxalq
və yerli müsabiqə və festivallarda iştirak, mədəniyyət müəssisələrinin
qarşılıqlı əməkdaşlığı,
fəaliyyətin mediada
işıqlandırılması barədə danışıb.
Müşavirədə regional idarənin məsləhətçisi Ceyran
Axundova, idarənin baş məsləhətçiləri
İlham Manafov, Zahid Abbasov çıxış
ediblər. Abşeron
rayon Xırdalan şəhər
11 illik musiqi məktəbinin və Şuşa şəhər
Niyazi adına Uşaq incəsənət
məktəbinin “Təbəssüm”
rəqs kollektivlərinə
Gürcüstan və
Türkiyəyə qastrol
səfərlərində uğurlu
çıxışlarına görə təşəkkür
elan edilib.
Sonra müşavirə iştirakçıları Xırdalan
şəhər 11 illik
musiqi məktəbinin
hesabat konsertinə baxıblar.
Məktəbin xalq çalğı
alətləri ansamblının
“Milli naxışlar” adlı kompozisiyasında bəstəkar və xalq mahnıları, muğamlar ifa olunub.
Ansamblın solistlərinin ifaları
alqışlarla qarşılanıb.
Regional
idarənin rəisi Mehman Şükürov
maraqlı konsert proqramına görə
kollektivə təşəkkür edib, xoş arzularını çatdırıb. Kollektivin Sumqayıt şəhərində də
geniş konsertinin təşkil
ediləcəyi bildirilib.
Mədəniyyət.- 2017.- 24 may.-
S.11.