Mingəçevir Dram Teatrı Türkiyədə beynəlxalq
festivalda iştirak edib
Mingəçevir Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhərində
keçirilən və
tanınmış teatr
ustası Fevzi Bayazitoğlunun xatirəsinə
həsr olunmuş
23-cü Beynəlxalq Giresun
teatr festivalında iştirak edib.
Kollektiv mayın 15-də Giresun Bələdiyyə Teatrının
səhnəsində, mayın
16-da isə Bulancak şəhərində İlqar
Fəhminin müəllif
olduğu, Bəhram Osmanovun quruluş verdiyi “Son reportaj” tamaşasını təqdim
edib. Səhnə əsəri hər
iki şəhərdə
böyük rəğbətlə
qarşılanıb.
İlk tamaşadan sonra
səhnəyə çıxan
Giresun Bələdiyyə
Teatrının direktoru
Mingəçevir teatrına
təşəkkürünü bildirərək festivalın
simvolu olan hədiyyəni teatrın direktoru Səxavət Məmmədova təqdim edib.
Növbəti günlər Giresun
şəhər bələdiyyə
başqanı Kərəm
Aksunun dəvəti ilə teatrın rəhbərliyi burada bir sıra görüşlər
keçirib. Bələdiyyə
başqanının mədəniyyət
məsələləri üzrə
müavini Həsən
Özdəmirin də
qatıldığı görüşlərdə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin hazırladığı,
ölkəmizin mədəni
irsi, mətbəxi, turizm imkanları haqqında kitablar şəhər rəhbərliyinə
təqdim olunub, Mingəçevir şəhəri
və Mingəçevir
teatrı haqqında geniş məlumat verilib.
Qeyd edək
ki, mayın 19-da yekunlaşan
festivala İran, Rusiya və Gürcüstandan
da teatrlar
qatılıb. Səfər çərçivəsində festivalda iştirak edən
Türkiyə və xarici ölkə
teatrlarının əməkdaşları ilə
görüşlər keçirilib, teatrlar arasında qarşılıqlı əlaqələrə
dair fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2017.- 24 may.-
S.13.