Emin Sabitoğlunun mahnıları səslənəcək

 

 

   İyunun 3-də Heydər Əliyev Sarayında unudulmaz mahnıların müəllifi, görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

   Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə tanınmış müğənnilərin ifasında bəstəkarın “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndiriləcək.

 

Mədəniyyət.-2017.- 26 may.- S.2.