İstiqlal Muzeyi və
liseyin birgə tədbiri
Mayın 25-də
“İdrak” liseyində
Azərbaycan İstiqlal
Muzeyinin və tədris ocağının
birgə təşkilatçılığı
ilə 28 May - Respublika
Gününə həsr
olunmuş tədbir-sərgi
keçirildi.
Tədbiri liseyin tarix müəllimi Nəsib Rzayev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
bəhs etdi.
İstiqlal Muzeyinin əməkdaşları
Gülay Ramazanova, Arzu Quliyeva Şərqin
ilk demokratik respublikası
olan Azərbaycan Xalq Cümhuriyyəti, hökuməti, parlamenti haqqında məlumat verdilər, birinci respublikamızın qısa
və çətin bir dövrdə fəaliyyət göstərməsinə
baxmayaraq təhsil, mədəniyyət, ordu və digər sahələrdə əldə
etdiyi uğurlardan söz açdılar. Tamaşaçılara “Əbədi ezamiyyət”
adlı sənədli
film təqdim olundu.
Liseydə təşkil olunan
sərgidə muzeyin fondundan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotolar nümayiş olundu.
Tədbirin sonunda
İstiqlal Muzeyinin əməkdaşları
tərəfindən “İdrak” liseyinin şagirdlərinin iştirakı ilə
viktorina keçirildi.
Mədəniyyət.-2017.- 26 may.-
S.4.