Cövdət Hacıyevin musiqisi
dünyanı dolaşır
Azərbaycan simfonik musiqisinin yaradıcılarından olan Cövdət Hacıyevin 100 illiyi münasibətilə müxtəlif ölkələrin konsert zallarında tədbirlər keçirilir.
Nyu-Yorkun
“Carnegie Hall” konsert zalında Cövdət Hacıyevin
yubileyinə həsr edilən beynəlxalq festivalın
açılışı olub. Cövdət Hacıyev və Azərbaycanın
görkəmli rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin xatirəsinə həsr olunan “Odlar Yurdu
İpək Yolunda” adlı festival
ABŞ, Böyük Britaniya
və Kanadadan başlayaraq
Qərbin aparıcı ölkələrini əhatə edəcək
və Şərqdə - Hindistanda və
Çində başa çatacaq.
Fransa və İsveçrədə
tanınmış azərbaycanlı pianoçu
Adilə Əliyevanın təşəbbüsü ilə
Cövdət Hacıyevin fortepiano əsərlərinin
ən yaxşı ifasına dair beynəlxalq
müsabiqə keçirilib. Müsabiqənin
qalibləri BMT-nin Cenevrədəki rəsmi
nümayəndəliyinə dəvət edilərək onlara fəxri mükafatlar
təqdim edilib. Burada
Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki
daimi nümayəndəsi səfir Vaqif Sadıqovun və təşkilatın digər
rəsmi nümayəndələrinin iştirakı ilə rəsmi
qəbul təşkil edilib.
Mədəniyyət.-2017.- 26 may.-
S.6.