“Vətənə
can demişik, Azərbaycan
demişik”
Sabir Sarvan adına
Uşaq poeziya teatrının Respublika Gününə töhfəsi
Sumqayıt
Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü,
S.Vurğun adına Mərkəzi kitabxananın
Uşaq şöbəsi
və Azərbaycan Yazıçılar Birliyi
(AYB) Sumqayıt bölməsinin
birgə təşkilatçılığı
ilə şəhərdəki
Poeziya evində 28 May
- Respublika Günü
münasibətilə tədbir
keçirilib.
Tədbirdə AYB Sumqayıt bölməsinin
qurucusu, mərhum şair Sabir Sarvanın xatirəsi yad edilib. Bildirilib ki, belə bir
tədbirin təşkili
onun ideyası idi. Əcəl buna imkan verməsə də, onun yetirməsi olan fidanlar şairin
arzusunu gerçəkləşdiriblər.
Regional idarənin rəisi Mehman Şükürov çıxış edərək
şairlə bağlı
xatirələrini bölüşüb,
Sabir Sarvan tərəfindən əsası
qoyulan, hazırda onun adını daşıyan Uşaq poeziya teatrının üzvlərinə uğurlar
diləyib.
Sonra Mərkəzi kitabxananın
Uşaq şöbəsinin
nəzdində fəaliyyət
göstərən Sabir
Sarvan adına
Uşaq poeziya teatrı üzvlərinin ifasında “Vətənə
can demişik, Azərbaycan
demişik” adlı kompozisiya təqdim olunub. Kompozisiyada Əhməd Cavad, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar,
Abbas Səhhət, Tofiq Fikrət, Səməd Vurğun, Sabir Sarvan və
başqa şairlərin
vətənpərvər ruhda
şeirləri səslənib.
Sonda şair Sabir Sarvanın
qardaşı Mahmud Məlikov ailə
üzvləri adından tədbirin təşkilatçılarına
və əməyi keçən hər kəsə təşəkkür
edib.
Mədəniyyət.- 2017.- 26 may.-
S.11.