Sabir adına
kitabxanada “Hophopnamə”nin
təqdimatı
Mayın 24-də
Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının
birgə təşkilatçılığı
ilə M.Ə.Sabir adına kitabxanada
“Hophopnamə” kitabının
təqdimatı olub.
Kitabxananın direktoru Gülşən
Abbasova şairin yaradıcılığından, zəngin irsindən söz açıb.
Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
nəfis tərtibatla nəşr edilmiş “Hophopnamə” Azərbaycanın
zəngin mədəniyyət
nümunələrinin gənc
nəslə çatdırılması
işinə qiymətli
töhfələrdən biridir.
Nəşrdə
yer alan
illüstrasiyaların müəllifi
Xalq rəssamı Arif Hüseynovdur. O, Sabirin satiralarına silsilə illüstrasiyalar
çəkən ikinci
rəssamdır. XX əsrin əvvəllərində
Əzim Əzimzadə
“Molla Nəsrəddin”
jurnalı üçün
Sabirin satiralarının
motivləri əsasında
karikaturalar çəkib.
Onların da bəziləri
kitaba daxil edilib.
Xalq rəssamı Arif Hüseynov kitabda yer alan
illüstrasiyalar haqqında
məlumat verib. Qeyd edib ki, ağ-qara
rəngdə işlənmiş
qravürlər böyük
şairin əsərlərinin
məzmunu, satirik istiqaməti haqqında oxucuda dolğun təsəvvür yaradır.
Tədbirdə gənc
şairlər M.Ə.Sabir
poeziyasının təsiri altında yazdıqları əsərlərini
oxuyublar.
Mədəniyyət.- 2017.- 26 may.-
S.15.