Azərbaycanlı səyyahın “Salam, Almaniya” fotosərgisi
İyunun 1-də
“Kapellhaus” Alman-Azərbaycan
Mədəniyyət Birliyində
fotoqraf-səyyah Aydın
Sadıxovun “Hallo Deutschland“ adlı fotosərgisi
açılacaq. Sərgidə Aydın Sadıxovun Almaniyaya səyahətləri
zamanı çəkdiyi
ən maraqlı 30-dan
çox foto nümayiş etdiriləcək.
Fotoqrafın sözlərinə görə, Almaniyanın müxtəlif bölgələri,
tarixi abidələri və adətən səyyahların diqqətindən
kənarda qalan kiçik şəhər
və məntəqələr
sərginin qonaqlarında
xüsusi maraq yarada bilər. Bundan başqa, fotoqraf səyahətlər vaxtı
baş vermiş macəralar, lentə aldığı abidə və tarixi yerlər haqqında geniş məlumat verəcək. Sərgiyə
gələnlər Bavariya
kralı II Lüdviqin
adı ilə bağlı “Noyşvanştayn”
və “Xoenşvanqau”,
Vürtemberq qrafı Vilhelm ilə bağlı “Lixtenştayn”
kimi məşhur qalaların görüntüləri,
“alman qotikası” memarlıq inciləri və qədim keltlər, romalılar dövründə bünövrəsi
qoyulan, Almaniyanın ən qədim şəhərlərindən biri
olan Kempten şəhəri
ilə tanış olacaqlar.
İki gün davam edəcək sərgiyə
giriş sərbəstdir.
Mədəniyyət.- 2017.- 26 may.-
S.16.