Nyu-Yorkda ikinci dəfə
“Qafqaz irsi”
festivalı keçirilib
Nyu-York şəhərinin Bruklin rayonundakı “Master Teatr”da ikinci “Qafqaz irsi” festivalı
keçirilib. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil
olunub.
Festivalın təntənəli açılış mərasimi
zamanı “Master Teatr”a
toplaşmış tamaşaçıları
salamlayan Erik Adams tədbirin
önəmindən danışıb
və bu təşəbbüsün reallığa
çevrilməsində xidmətlərinə
görə Bruklin-Bakı
Dostluq Assosiasiyasının
prezidenti Mariyetta Rozentala və “My Way” Uşaq və Gənclər İnkişaf
Mərkəzinin rəhbəri
Alyona Bədəlovaya
təşəkkürünü bildirib. Qeyd edib ki, Bruklin sakinlərinin yarısı müxtəlif
dillərin daşıyıcısıdır
və dünya mədəniyyətlərinin təmsilçiləri
olaraq onlar Bruklinin mədəni inkişafına böyük
töhfə verirlər.
Bruklin-Bakı Dostluq Assosiasiyasının
prezidenti Mariyetta Rozental çıxış
edərək festivalın
keçirilməsinə verdikləri
dəstəyə görə
E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən
ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürünü
bildirib.
Festival çərçivəsində “My Way” mərkəzi və "Pesvebi" gürcü mədəniyyət mərkəzinin yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Uşaqların yaradıcılığına böyük töhfələr verən incəsənət xadimləri Bruklin meriyası tərəfindən xüsusi mükafatlarla təltif edilib. Builki festivalda Azərbaycandan gələn incəsənət xadimləri də iştirak ediblər.
Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi
və Səbail Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda müğənni Xəyyam Nisanov və tanınmış skripka
ifaçısı Ceyhun İsmayılov da çıxış ediblər.
Mədəniyyət.- 2017.- 26 may.-
S.16.