Almas İldırımın 110 illiyi qeyd ediləcək
Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Almas İldırımın (1907-1952) anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək, konsert proqramı təqdim olunacaq.
Azərbaycan
mühacirət poeziyasının ən tanınmış
simalarından biri, adı və əsərləri
qəm, həsrət və ayrılıq simvolu
kimi mənalanan Almas
İldırım özünəməxsus poetik
tərzi ilə hər zaman diqqəti
çəkib. Bir neçə il sürgün
və qaçaq həyatı yaşayan A.İldırım
Dağıstandan, Türkmənistandan, İrandan
keçərək Türkiyədə məskunlaşıb və
ömrünün sonuna
qədər burada
yaşayıb-yaradıb. Şairin bir çox şeirləri,
o cümlədən vətən həsrəti,
yurd sevgisindən bəhs edən “Əsir
Azərbaycanım” şeiri dillər əzbərinə
çevrilib.
Mədəniyyət.- 2017.- 31 may.-
S.2.