Görkəmli bəstəkarın yubiley gecəsi
İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.
Dahi
bəstəkar Qara Qarayevin
yetirməsi olan sənətkar öz istedadını musiqimizin
müxtəlif janrlarında sınayaraq opera,
balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri
yaradıb. Müasirlik və milli musiqi ənənələrinin
parlaq təcəssümü Firəngiz
Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan”
operaları, “Boş beşik”
və “Stadt-Qraniza” baletləri, müxtəlif
ansambl tərkibi üçün
“Habilsayağı”, “Muğamsayağı”, “Oazis”,
“Dərviş”, “Abşeron”, “Silk road”, violonçel
və orkestr üçün
konsert və s. əsərləri
Azərbaycan musiqi mədəniyyətinin
zəngin səhifələrini təşkil edir.
Mədəniyyət.- 2017.- 31 may.-
S.2.