Filmlərimiz beynəlxalq festivallara dəvət alıb
Rejissor İlqar Nəcəfin
“Nar bağı” bədii
filmi 30 iyun - 8 iyul tarixlərində Çexiyada keçiriləcək
Karlovı Varı Beynəlxalq film festivalına
dəvət alıb.
“Azərbaycanfilm”
kinostudiyasından verilən
məlumata görə,
“Buta Film” kino şirkəti ilə birgə istehsal olunan yeni ekran
əsəri festivalın
“Qərbin Şərqi”
müsabiqə proqramında
təqdim olunacaq. “Nar bağı” proqramın
açılış filmi
olacaq.
Filmin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova,
Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.
* * *
8-15 iyul
tarixində keçiriləcək
Madrid Beynəlxalq film festivalında
isə İlqar Safatın “İçərişəhər”
bədii filmi nümayiş olunacaq.
Film “Xarici dildə
film” kateqoriyasında nominant
elan olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2016-cı ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsəri ötən müddətdə Hyuston, Qahirə, Tallində, eləcə də Hindistanda bir neçə beynəlxalq film festivalında nümayiş olunub. Hazırda “İçərişəhər” Türkiyədə Alanya film festivalında iştirak edir.
Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
Lalə
Mədəniyyət.- 2017.- 31 may.-
S.3.