“İçərişəhərin 100 görüntüsü”
Bakıda
britaniyalı rəssamın sərgisi
Mayın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisinin açılışı keçiriləcək.
Edvard Tvoxiq 1969-cu ildə İrlandiyada anadan olub. Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb, Çelsi İncəsənət Kollecində
qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb.
Hazırda o, rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə
rəhbərlik edir.
Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral
Cəmiyyətinin həqiqi
üzvü, həmçinin
Banksayd qalereyasının
hamisidir.
Rəssamın müxtəlif
qaleraya və salonlarda
sərgiləri, o cümlədən
Bakıda “Edvard Tvoxiq
Bakıda və Azərbaycanda” adlı fərdi sərgisi keçirilib.
Mədəniyyət.- 2017.- 31 may.-
S.3.