Cövdət
Hacıyevin əsərləri gənclərin ifasında
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbində “Cövdət Hacıyev gənclərin ifasında” adlı tədbir keçirilib.
Baş
idarənin rəis müavini Nazim Əliyev, Bəstəkarlar
İttifaqının katibi Zemfira
Qafarova görkəmli bəstəkarın
həyat və yaradıcılığı barədə
söhbət açıblar. Məktəbin şagird və müəllimlərinin
ifasında bəstəkarın ulu öndər
Heydər Əliyevə həsr olunmuş
“Onu zaman seçib” adlı VIII simfoniyasından bir hissə, “Ballada”, “Skerso”, “Ey gül”,
“Laylay”, “Nağıl”, “Marş”,
“Gəzinti” və s. əsərləri səslənib.
Mədəniyyət.- 2017.- 31 may.-
S.4.