Gənclər simfonik orkestrlərinin qala-konserti
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində
fəaliyyət göstərən
Opera studiyasının konsert
zalında MDB ölkələrinin
və Azərbaycanın
gənclər simfonik orkestrlərinin birgə qala-konserti olub. Tədbir MDB Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondunun
dəstəyi ilə gerçəkləşib.
BMA-dan
bildirilib ki, konsertdə hər iki simfonik orkestrə
beynəlxalq müsabiqələr
laureatı və Moskvanın “Novaya opera” teatrının
dirijoru Vasili Valitov rəhbərlik edib. Qala-konsertin proqramında solistlər -
beynəlxalq müsabiqələr
laureatları Larisa Bunakova
(fortepiano), Anna Savkina (violin), həmçinin Rusiyanın
“Bolşoy teatr” gənclər opera proqramının
artistləri Vasilisa Berjanskaya (mezzo-soprano), Utarida
Merzamova (soprano) və
İlya Kutyuxinin (bariton) ifalarında müxtəlif ölkələrin
bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, MDB ölkələri Gənclər
simfonik orkestrinin debüt konserti Rusiya, Qazaxıstan və Tatarıstanın Xalq artisti, görkəmli
dirijor Fuad Mənsurovun rəhbərliyi
altında 2007-ci il noyabrın 12-də Astanada
MDB ölkələri Yaradıcı
və elmi ziyalıların forumunda baş tutub. Müxtəlif illərdə orkestr
Yuri Simonov, Vladimir Spivakov və
Mark Qorenşteynin dirijorluğu
ilə çıxış
edib. MDB ölkələrinin bir neçə gənc nəsil musiqiçiləri
peşəkar fəaliyyətə
məhz bu kollektivin sayəsində və dəstəyi ilə başlayıblar.
Rusiyanın L.Nikolayev adına
Yeniyetmələr simfonik
orkestri MDB ölkələri
Gənclər simfonik orkestrinin baza kollektivi hesab olunur.
Bakıda orkestrin qastrol
turunda baza kollektivi timsalında Fuad İbrahimovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycanın Gənclər
simfonik orkestri çıxış edir.
Mədəniyyət.- 2017.- 31 may.-
S.8.