Tbilisidə tanınmış jurnalistin xatirəsi anılıb
Tbilisidə tanınmış jurnalist, radio diktoru, mədəniyyət xadimi Ələddin Həsənovun
xatirəsi anılıb.
Azərbaycan Mətbuat
Şurasının təşəbbüsü
ilə M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti
Muzeyində keçirilən
tədbiri muzeyin direktoru Leyla Əliyeva açıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək
iki ölkənin dostluğundan danışıb,
əlaqələrimizin möhkəmlənməsində
media və mədəniyyət
işçilərinin rolunu
xüsusi qeyd edib. Bildirib ki, Tbilisidə
yaşayıb-yaratmış Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı kimi şəxsiyyətlər olub.
Onların sırasına Ələddin
Həsənovun da adı daxil edilməlidir.
Qeyd olunub ki, Ə.Həsənov
35 il (1967-2002) Gürcüstan radiosunda çalışıb. Onun hazırladığı
reportajlarda xalqlarımız
arasındakı dostluğun
tərənnümü birinci
yerdə olub. O, həmçinin 2002-2004-cü illərdə
Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət
Dram Teatrının direktoru
olub.
Qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART televiziyasının direktoru
Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edərək
Ələddin Həsənovun
həyat və fəaliyyətindən danışıb,
xatirələrini bölüşüblər.
Sonda Ə.Həsənovun oğlu Rizvan Həsənov tədbirin təşkilatçılarına və iştirakçılara
minnətdarlıq edib.
Tədbirdə Azərbaycanın
Gürcüstandakı səfirliyinin birinci
katibi Elçin Məmmədov
iştirak edib.
Mədəniyyət.- 2017.- 31 may.-
S.13.