Türkdilli Ölkələr Milli Kitabxanaları Birliyinin əsasnaməsi qəbul olunub

 

 

   Oktyabrın 31-də Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyinin növbəti konfransı keçirilib.

   Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovbaş mütəxəssis Gülbəniz Səfərəliyeva iştirak edir.

   Milli Kitabxanadan verilən məlumata görə, tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, BosniyaHerseqovina, Makedoniya, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Saxa (Yakutiya) respublikaları - ümumilikdə 20-dək ölkə və diyardan nümayəndələr qatılıb.

   İştirakçıları salamlayan Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman konfransın türkdilli ölkələr üçün əhəmiyyətini qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.

   Tədbir iştirakçıları milli kitabxanalarda olan innovasiyalar haqqında təcrübələrini bölüşüblər.

   Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, bu günədək görülən işlərdən danışıb. Baş mütəxəssis Gülbəniz Səfərəliyeva isə “Azərbaycan Milli Kitabxanası elm, təhsil və mədəniyyətdə informasiya-kitabxana resursu kimimövzusunda məruzə ilə çıxış edib.

   Digər iştirakçı ölkələrin milli kitabxana rəhbərlərinin də məruzələri dinlənilib.

   Tədbirdə Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyinin əsasnaməsi qəbul olunduqdan sonra rəsmi imzalanma mərasimi keçirilib və idarə heyəti təsdiq edilib. Təşkilatın loqosu da təsdiq olunub.

   İmzalanma mərasimindən sonra Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ömer Arısoy çıxış edərək təşkilatın işinə uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.3.