UNESCO Baş
Konfransının sessiyası
keçirilir
Parisdə, UNESCO-nun mənzil-qərargahında
təşkilatın Baş
Konfransının 39-cu sessiyası
işə başlayıb.
Azərbaycanın UNESCO yanında daimi
nümayəndəliyinin rəhbəri
səfir Anar Kərimov və UNESCO üzrə Milli Komissiyanın rəhbəri
Elnur Sultanov konfransda iştirak edirlər. Tədbirdə
UNESCO Baş Konfransının
keçmiş prezidenti
Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Şurasının sədri
Maykl Vorbs çıxış edərək
təşkilatın üzləşdiyi
məsələlərdən, problemlərdən çıxış
yollarından və qarşıdan gələn
növbəti iki ildə görüləcək
işlərdən danışıblar.
UNESCO Baş Konfransı 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib. İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.
Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.
Sessiyada həmçinin UNESCO-nun növbəti 4 il müddətinə (2018-2021) baş direktoru seçilmiş Odri Azuleyin bu vəzifəyə təyinatı təsdiqlənəcək.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.2.