“İki qəlbin
dastanı”
Arif Məlikovun baleti yenidən
Daşkənd səhnəsində
Əlişir Nəvai adına Daşkənd Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun uzun illərdən sonra yenidən səhnəyə qayıdan “İki qəlbin dastanı” baletinin təqdimatı olub.
Baletin musiqi rəhbəri və dirijoru Özbəkistanın Əməkdar mədəniyyət işçisi Fazliddin Yakubcanov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi İqor Çernışovdur.
Tamaşanın bərpaçı baletmeysteri Zamir Nurımbetov, məsləhətçi baletmeysteri Rusiyanın Əməkdar artisti Azari Pliseski, quruluşçu rəssamı Zubaydulla Batırovdur. Əsas rolları Nadira Xamraeva, Behzod Akimbaev, Zamir Fazlutov və başqaları ifa edib.
Xatırladaq ki, Arif Məlikovun bu əsəri Daşkənd teatrında 1982-ci ildə tamaşaya qoyulub, truppa “İki qəlbin dastanı” baleti ilə 1983-cü ildə Moskvada qastrolda olub. Sonra uzun illər səhnədən düşməyib.
Qeyd
edək ki, görkəmli bəstəkarın
“Məhəbbət əfsanəsi” baleti də
uzun illərdir teatrın
repertuarındadır.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.5.