Mədəni irsin
konservasiyasında tədqiqatlar
Moskvada Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun 60 illik yubileyinə həsr edilmiş “Mədəni irsin konservasiyasında tədqiqatlar” adlı beynəlxalq elmi-metodik konfrans keçirilib.
Tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən olan ali bərpaçı-rəssamlar, alimlər maraqlı məruzə və təqdimatlarla çıxış edərək son elmi nailiyyətlərindən, müasir bərpa üsullarının metodikası və yeni əldə olunmuş texniki avadanlıqlar barədə məlumat veriblər.
Konfransda
Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinin
direktoru Zərifə Məlikovanın da məruzəsi dinlənilib. Həmçinin
“Mədəni irsin tədqiqi və
konservasiyası” adlı kitabın 3-cü
buraxılışında Z.Məlikovanın “Xalça
və xalça məmulatlarının bərpa
və konservasiyası” adlı məqaləsi də dərc olunub.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.5.