Səhnə sənətində 1937-ci il repressiyası...”

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında elmi seminar

  

   Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq, İctimai fənlər Azərbaycan dili ədəbiyyatı kafedralarının birgə təşkilatçılığı iləSəhnə sənətində 1937-ci il repressiyası: genetikası, intişarı fəsadlarımövzusunda elmi seminar keçirilib.

   Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəhla Əliyeva XX əsrin 30-cu illərində sovet rejiminin həyata keçirdiyi repressiyanın dəhşətlərindən söz açıb. Qeyd olunub ki, o illərdə hərbçi, mədəniyyət incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi olan minlərlə azərbaycanlı güllələnib, sürgünə göndərilib, repressiya nəticəsində Azərbaycan cəmiyyətinin ziyalı, intellektual, istedadlı təbəqəsinin böyük bir hissəsi məhv edilib. Kafedra müdiri vurğulayıb ki, bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsi tarixi həqiqətlərin gənc nəslə aşılanması məqsədi güdür.

   Seminarda Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Atababa İsmayıloğlu “1937-ci il repressiyasının genetikası, intişarı fəsadları Azərbaycan səhnə sənəti”, Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa ƏliyevAzərbaycan dramaturgiyasında repressiya mövzusu”, Əməkdar incəsənət xadimi, professor İmruz ƏfəndiyevaGörkəmli dövlət ictimai xadim, teatrşünas Məmmədsadıq Əfəndiyevin 1937-ci il hadisələrində keçdiyi yolmövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, sovet rejiminin məqsədyönlü repressiya siyasəti çox sayda insanın həyatına son qoyaraq, milyonlarla insanın taleyinə mənfi təsir göstərib.

   Tədbirdə repressiya qurbanı olmuş mədəniyyət incəsənət xadimlərinin həyat yoluna nəzər salınıb, milli incəsənətimizin ayrı-ayrı sahələrinin böyük itkilərindən danışılıb.

   Elmi seminarın sonunda qonaq qismində iştirak edən Xalq artisti, professor Ağakişi Kazımov və Xalq artisti Nurəddin Mehdixanlı mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.10.