Şagirdlərin əl işləri beynəlxalq
müsabiqədə diploma layiq
görülüb
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin şagirdləri ölkəmizi beynəlxalq müsabiqədə uğurla təmsil edib.
Məktəbdən bildirilib ki, Finlandiyanın Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən “Together” Beynəlxalq incəsənət müsabiqə-sərgisində təhsil ocağının şagirdlərindən Emil Abdullayevin “Qara qızılın nəğməsi” və Mikayıl Məmmədzadənin “Mənim asudə vaxtım” adlı rəsm əsərləri diploma layiq görülüb.
Dünyanın 66 ölkəsindən 6 min 800 sənət əsərinin nümayiş olunduğu müsabiqə-sərgi uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı, onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədi daşıyır.
Müsabiqədə qalib gələn əl işləri 2018-ci il yanvarın sonunadək Finlandiyanın müxtəlif rəsm salonlarında sərgilənəcək.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.10.