Məşhur dilçi-alimin kitabı təqdim edildi
Azərbaycan Dillər Universitetinin
(ADU) Ümumi dilçilik
kafedrasının professoru,
Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat
laboratoriyasının müdiri
Fəxrəddin Veysəllinin
“Dilçiliyə giriş”
kitabının təqdimat
mərasimi keçirildi.
Tədbiri kafedranın müdiri, professor Azad Məmmədov açaraq “Dilçiliyə
giriş” fənni ilə bağlı alimlərimiz tərəfindən
bir sıra kitablar yazıldığını
bildirdi. Qeyd etdi ki, növbəti kitabı görkəmli dilçi Fəxrəddin Veysəlli
yazıb.
Professor F.Veysəlli müəllifi
olduğu dərs vəsaitinin özəlliklərindən,
kitabda əhatə edilən mövzulardan danışdı. Dilçinin
fikrincə, indiyə kimi bu adla
bir neçə kitab yazılsa da, onların çoxu ilkin qaynaqlara əsaslanmayıb,
daha çox rus dilçiliyinin təsiri ilə yazılıb: “Məqsədim
dünya dilçilik ənənələrini Azərbaycana
gətirmək, müəllim
və tələbələri
elmin yeni uğurları ilə tanış etmək, nəzəriyyə ilə
təcrübəni bir-birilə
bağlamaqdır”.
Tədbirdə professor Qulu Məhərrəmli, dosent Cəmil Babayev, şair Zakir Fəxri və başqaları çıxış edərək kitab haqqında düşüncələrini söylədilər. Çıxışçılar professor F.Veysəllinin kitablarının təkcə elmi yox, həm də populyar dildə yazıldığını vurğuladılar. Bildirildi ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, bu elmin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili quruluşu, söz və cümlə semantikasını çağdaş nəzəriyyələr baxımından şərh edir.
Qeyd edək ki, bu il F.Veysəllinin “Azərbaycan yazısının linqvistik əsasları” və “Fonologiyaya giriş” kitabları Almaniyada (rus və alman dillərində) çap olunub.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.13.