Yusif Vəzir Çəmənzəminlinin
130 illiyinə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ədibin nəslindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Leyla Vəzirova, yazıçı-publisist Yusif Vəzirov, eləcə də Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun professoru Alxan Məmmədov, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Gülzar İbrahimqızı, Tarix İnstitutunun aparıcı elmi işçisi Gültəkin Nəcəfli, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Rasim Nəbioğlu və başqa qonaqlar iştirak edib.
Çıxış edənlər Y.V.Çəmənzəminlinin həyat və yaradıcılıq yoluna nəzər salıblar. Bildirilib ki, yazıçının yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edir. Onun qələmindən çıxmış əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır. Yazıçının Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir.
Tədbirdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllim və tələbələrinin
ifasında Y.V.Çəmənzəminlinin roman
və hekayələri əsasında hazırlanmış bədii
qiraət təqdim olunub, musiqi
nömrələri səslənib.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.13.