“Doğma diyar” rəsm müsabiqəsi davam
edir
Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Xətai
Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun sözlərinə görə,
müsabiqə ətraf mühitin
mühafizəsi, milli adət-ənənələrin
təbliği, estetik və bədii zövqün formalaşdırılması,
istedadlı uşaq və gənclərin
üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır. 15
yaşadək uşaq və gənclər
iştirak üçün
mərkəzin www.xsm.az elektron
ünvanına müraciət edə bilərlər.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.15.