“Kontrabas” “Şimal
görüşləri”ndən qayıdıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.
Əməkdar artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. İfaçı “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.
Festivala
Moldova, İtaliya, Fransa, ABŞ və digər ölkələrdən
teatrlar qatılıb.
Mədəniyyət.- 2017.- 3
noyabr.- S.6.