Xalq rəssamı Mirnadir
Zeynalovun yubiley sərgisi
Noyabrın 10-da Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzində Xalq rəssamı Mirnadir
Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi
keçiriləcək.
Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənəcək. Tədbirdə həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış video-çarx nümayiş olunacaq.
Mirnadir Mirəli oğlu Zeynalov 1942-ci ildə anadan olub. Ə.Əzimzadə
adına Rəssamlıq məktəbini,
Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz
yerini tutub. Onun emosional, ekspressiv tabloları ideya orijinallığı, məharətli
icra texnikası, yenilikləri ilə seçilir. Kollaj və
installyasiya elementləri
onun rəngkarlıq kompozisiyalarının ayrılmaz
hissələrinə çevrilir.
Rəssam
1976-cı ildə Moskvada keçirilən
Ümumittifaq sərgisində SSRİ Rəssamlıq
Akademiyasının diplomuna, 1989-cu ildə
Bakıda keçirilən “Xəzəryanı Ölkələri
Rəssamlarının Bienallesi”ndə bürünc
medala layiq görülüb. 1987-ci ildə Hindistana yaradıcılıq ezamiyyətinin nəticəsi
olan iki fərdi
sərgisi keçirilib. Əsərləri
Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə nümayiş olunub, Azərbaycan
Milli İncəsənət Muzeyi və Dövlət Rəsm
Qalereyasının fondunda
saxlanılır.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.3.