Kənd turizmi və əl
sənətkarlığının inkişafının dəstəklənməsi
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Finlandiya ali təhsil və bir neçə turizm şirkətinin iştirakı ilə “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində işçi seminar keçirilib.
Seminardan öncə universitetin rektoru İlham Mədətov qonaqları qəbul edib. Söhbət zamanı Finlandiya universitetləri ilə əlaqə, Erasmus+ proqramı
çərçivəsində həyata keçirilən
tələbə-müəllim mübadiləsindən danışılıb.
Qeyd olunub ki, son üç ildə ATMU-nun
dörd tələbəsi
bu proqram çərçivəsində Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində təhsil alıb, iki əməkdaş təcrübə
mübadiləsində olub.
Kajaani Universitetinin professoru isə ATMU-da “Davamlı turizm” mövzusunda seminar keçib.
Qeyd edək ki,
“Azərbaycanda kənd
turizmi və əl sənətkarlığının
dayanıqlı inkişafının
dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İctimai Birliyi və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaş
Azərbaycan Turizm və Menecment Universitetidir. Layihənin hədəf
regionlarına Quba, Lənkəran-Astara, Şəki-Qəbələ
daxildir. İşçi seminarda adıçəkilən
regionlarda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi
müzakirə edilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.4.