Yaponiya və Azərbaycan
musiqiçiləri eyni səhnədə
çıxış ediblər
Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyi ilə birgə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib. Konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.
Konsertin
birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər
çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim
etdiyi sintez musiqi maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.8.