Mirmehdi Seyidzadənin 110 illiyi qeyd olunub

 

 

 

   Azərbaycan Dövlət Pedaqoji Universitetində şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadənin (1907-1976) 110 illiyinə həsr olunmuş "Yazdım gözəllər eşqinə" adlı gecə keçirilib.

   Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Eldost Bayram, Əməkdar müəllim Ofelya Babayeva, professor, şair Zahid Xəlil digər çıxış edənlər ədibin həyat yaradıcılığından bəhs ediblər.

   Bildirilib ki, şairin 1932-ci ildə kitabça şəklində nəşr edilən mükafata layiq görülən "Şanlı gün" poeması məktəblilər üçün sevimli əsər olub. Daha sonra onun "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları nəşr olunub. M.Seyidzadə çoxlu sayda şeirlər, mənzum nağıl pyeslər yazıb. Rus şair yazıçılarının nağıl şeirlərini Azərbaycan dilinə tərcümə edib.

   Tədbirdə konsert proqramı təqdim edilib. Sonda şairin qızı Əsmər Seyidzadə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.12.