Kitabxanada şair Musa Yaqubla görüş
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında tanınmış
şair Musa Yaqubla görüş keçirilib.
Görüşdə
baş idarənin əməkdaşı Sücayət
Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə
Ələkbərova, 16 saylı
texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.
Kitabxana filialının direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, şair haqqında məlumat verib. Bildirib ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbiyyata 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə gəlib. Şairin “Taleyin qisməti”, "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şeirləri poeziya həvəskarları tərəfindən çox sevilir.
Musa Yaqub oxucuların suallarını cavablandırıb, şeirlərini oxuyub. Sonda şairlə xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.15.