Argentina uşaq
yazarının kitabı
Azərbaycan dilində
Müasir Argentina uşaq ədəbiyyatının
tanınmış siması
- yazıçı Mariya
Elena Valşın “Dailan
Kifki” adlı əsəri Azərbaycan dilində işıq üzü görüb.
Kitab Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzi ilə Argentinanın ölkəmizdəki
səfirliyinin birgə
layihəsi əsasında
ərsəyə gəlib.
Tərcümə Mərkəzindən bildirilib ki, orta məktəb şagirdlərinin mütaliəsi
üçün nəzərdə
tutulan nəfis tərtibli kitab sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir.
Əsərin ispan
dilindən tərcüməçisi Emin
Ələsgərov, redaktoru isə İlqar Əlfidir.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.15.